manera.az
manera.az

Dövlət müşaviri: "Hədəflərə doğru gedəcəyik" - MANERA.AZ

Dövlət müşaviri: "Hədəflərə doğru gedəcəyik" - MANERA.AZ

Yanvarın 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 2016-cı ilin iş planının təsdiqi ilə bağlı iclas keçirilib.

MANERA.AZ xəbər verir ki, iclası BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini və bununla bağlı müxtəlif dövlət qurumlarının qarşısına ciddi vəzifələr qoyulduğunu vurğulayıb.

“Cənab Prezidentin “Multikulturalizm ili” ilə bağlı məsul qurumlar sırasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də adını çəkməsi və Mərkəzin gördüyü işi təqdir etməsi son dərəcə qürurdoğurucu bir hissdir. Bu, bizi yeni və ciddi addımlara ruhlandırır. Bizim layihələrimiz təbii ki, davam edir. Bu layihələrdə biz əvvəlcədən nəzərdə tutduğumuz kimi, müəyyən ideoloji, siyasi, mədəni hədəflər qoyub həmişə olduğu kimi, o hədəflərə doğru gedəcəyik.”- deyə Dövlət müşaviri bildirib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031