manera.az
manera.az

Qaraciyəri üç xəstəlikdən qoruyan vasitə

📅 28.06.2016 11:15

Qaraciyəri üç xəstəlikdən qoruyan vasitə
Alimlər müəyyən edib ki, müntəzəm kofe içən insanlar qaraciyəri üç xəstəlikdən qorumuş olur.

“British Liver Trust” qeyri-hökumət təşkilatının hesabatı açıqlanıb. Bu təşkilat qaraciyər xəstəlikləri və onların qarşısının alınması və müalicə effektivliyinin artırılması ilə məşğul olur.

83 səhifəlik sənədin müəllifləri iddia edir ki, müntəzəm kofe içmək orqanizmi qaraciyərin qeyri-alkoqollu piylənməsi (NAFLD), qaraciyər fibrozu və sirroz kimi təhlükəli xəstəliklərdən qoruyur. Bundan əlavə, qəhvə içmək sayəsində bu xəstəliklərdən əziyyət çəkən insanlarda xəstəliyin inkişafı dayanır.

Lakin ətirli içkinin həvəskarları unutmamalıdır ki, kofeinin sutkalıq dozası 400 milliqramdır. Yəni gün ərzində 5 fincan “espresso” içmək kifayətdir.


Baxış sayı - 1 528 | Yüklənmə tarixi: 28.06.2016 11:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031