manera.az
manera.az

Günəşi içənlərin türküsü - ŞEİR | MANERA.AZ

Günəşi içənlərin türküsü - ŞEİR | MANERA.AZ


Günəşi içənlərin türküsü
Nazim Hikmətə...

Bir içim günəş istəyirəm,
Bir içim od-alov.
Günəşin istisi
kipriklərimə bağlayıb qırov.
Kiminsə sağalacağına içmək istəyirəm bu gecə
Ayınmı,
ulduzunmu,
Taleyimin güzgüsü-
o qızınmı?
Bilmirəm,
Onu bilirəm ki,
içmək istəyirəm
Məst olmaq istəyirəm
Bir parça günəşdən,
oddan,
alovdan...
Soyuqluğu çox görmüşük,
Məmləkətdə,
Vətəndə...
Eləyiblər,
eləmişik
İndicə içmək istəyirəm –
Soyuqluğun qənimi Günəşi,
Ovuc-ovuc,
bəbək-bəbək,
İçmək!...
İçmək!...

***
Uzun əsirlərdən atılan bir ox,
Tuşlanmışdı kimə, sancıldı kimə?!
Dəlilik elədim, dəlilər nə çox,
Bütün dəliləri sevirlər, demə?!

Bu bir yarpaq sevgi, bir yaşıl arzu,
Sevilə bilmədi qonşunun qızı.
Bölüb qismətimi yüz kərə azı,
Dedilər: “bəsindi, belə çox yemə.”

“Tariximi” yazır Zor balayanlar,
Ürək dalayanlar, dil dalayanlar.
Illərnən qapımda yal yalayanlar,
Xəyal plovları qoyurlar dəmə.

Arazın öz dərdi bəsdir özünə,
Götür sərhədləri di sox gözünə.
Bir gün Ağrı dağım dursa üzünə
Haray-qışqırığın düşəcək bəmə.

Mənim Göyçə gölüm Sevanlıq deyil,
Mil-Muğan torpaqğım yavanlıq deyil.
Qoyunum-inəyim talanlıq deyil,
Hər gələn təpilib bir yandan əmə.

Qulağın yaradır, qulağın yağır,
Sözündən, gözündən yalanlar yağır.
Sən nə istəyirsən məndən, ay fağır,
Ağırdır qılıncım, görmürsən ağır?!
Onun qabağıma çıxartma qəmə...

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031