manera.az
manera.az

Həyat yalanlarla qol-boyun olub...-ŞEİR | MANERA.AZ

📅 16.06.2016 10:51

Həyat yalanlarla qol-boyun olub...-ŞEİR | MANERA.AZ
Manera.az Ruzgar Mövsümün şeirini təqdim edir:

Yerində olmasan...

Elə bomboşam ki, boşluğun özü
baxıb bu halıma, acıyır mənə.
Həyat yalanlarla qol-boyun olub,
gülərək, dişlərini qıcıyır mənə.

Deyirdim: “şərəflə insan ucalar.”
Dedilər ki, yararsızdır bu boş hecalar.
Sanırdım cavanlığın öz zamanı var,
erkən qocaltdılar cavan qocalar.

Güllər bu dünyaya gözəllik verir.
Nə olsun, güllər ki, solmağındadır.
Böyük-böyük danışıb, məna gəzirlər,
ömürsə boşluqla dolmağındadır.

Mənasız günlərin küləyi əsir,
həyat öz mənasından danışa bilmir.
Hamı ağlayana “Ağlama!” deyir,
bir köpək oğlu da gözünü silmir.

Allah, eşidirsənsə, bir hay ver bilim!
Bu zalım həyatla söylə, nə edim?
İstəyirəm bu gecə yanına gəlim.
Yerində olmasan, qayıdım gedim?



Baxış sayı - 2 211 | Yüklənmə tarixi: 16.06.2016 10:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031