manera.az
manera.az

“Tanrıya aramızda yer etməliyik” – Oğuz Ayvaz | MANERA.AZ

“Tanrıya aramızda yer etməliyik” – Oğuz Ayvaz | MANERA.AZ

Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə III yerin qalibi elan edilən Oğuz Ayvazla “Tanrının uşaq üzü” şeiri haqda söhbət:

-Oğuz bəy, uşaq üzü məsumdur. Allahın müqəddəsliyinin əksidir.İnsanın xilas olmağı üçün belə ülvi sifətləri əxz edə biləcəyinə inanırsız?

İnsanlar Tanrıya çox inanır, onun böyüklüyünü məscidlərdə, kilsələrdə, sinaqoqlarda axtarır. Tanrı bizim vicdanımızıdır. Sevdiyimiz adamlardadır, uşaqlardadır, təbiətdədir, heyvanlardadır. Tanrı aramızdadır. Sadəcə onu görmək və hiss etmək lazımdır. Tanrını heç kim təsəvvür və ya xəyal belə edə bilməz. Məncə Tanrı da bir uşaq kimidir. Böyük olmağıdı onu incidən. Ancaq hər birimiz Tanrını sürreal olaraq təsəvvür edə bilər. Mən də şeirlə Tanrının böyüklüyünü uşaq simasında ifadə etməyə çalışmışam. İnsanın xilas olmağı öz iç dünyasındadır. Tanrı da deyil.

-Tanrının aciz, dərdli olduğunu necə qəbul etmək olar?

Tanrının da aciz, dərdli olduğu vaxtlar olur. Göyün yeddinci qatından yer kürəsini tamaşa edir. İnsanlar, uşaqlar ölür. Mühribələr bəşəriyyəti parçalayır. Tanrı isə bütün bu olanlara mane olmur. Tamaşaçı qismində buludların üstündən bizə baxır. Ağlayır, sevinir, aciz qalır. Belə.

- Doğrudanmı,sadəcə böyük olmağı Tanrını qorxudur? Bəlkə istəklərimizlə,getdikcə artan arzularımızla onu “qorxuduruq”?

Tanrının böyük olmağını heç birimiz dərk edə bilmərik. Böyük olduğuna görə Allah deyirik ona. Tanrının böyüklüyü onu qoruda bilməz. Sadəcə şeirdə bədii fantaziyamla Tanrının da qorxduğu məfhunlar olduğunu demişəm. Onun ən böyük qorxusu bəlkə də böyüklüyündədir. Biz insanlar isə arzularımızdan, istəklərimizdən, xəyallarımızdan əl çəkmirik. Əzaba, iztirablara meyillənirik. Nə qədər ki, arzumuz, istəyimiz çox olacaq bir o qədər mutsuzluğa düçar olacağıq. Bizim əzablarımız, qorxularımız arzularımzda, xəyallarımızda gizlidir. Freyd deyir ki, insana əzab verən xatirələrdir. Biz də arzularımızdan xilas olsaq, rahatlığa, hüzura çatarıq.

- Bəzisi dünyanı qamarlasa da gözü doymur.Başqası isə evə bir tikə çörək aparırsa,özünü xoşbəxt sanır.Xoşbəxt olmaq nə qədər asanmış!..

Çünki kasıb insanın arzusu, məqsədi evinin dolanışığı, qarnının doymasıdır. Onun üçün, mal-mülk arzu deyil. Arzusu uşağının olması, ailəsinin səadət içində yaşaması ola bilər. Bir tikə çörəklə belə xoşbəxt olmağı bacaran insanlar var.

Xoşbəxtlik üstü bağlanmış, gizli, qaranlıq yerdə saxlanmış kimi görünməzdir. Onu duymaq lazımdır. Xoşbəxtlik bəzən insan cildində, bəzənsə başqa bir cilddə qarşına çıxa bilər. Sadəcə onu öz qiyafəsində deyil, içinin qiyafəsində görmək lazımdır.

İnsanın həyatdan tutacağı bir dayaq olmalıdır. Bu dayaq onu xoşbəxtliyə, ulaşa bilməyəcəyi xoşbəxtliyə daşıyacaq. Tanrının işləmə mexanizmində isə insanı xoşbəxt edəcək kimi bir metodu yoxdur.

-Sonda oxucuya “bir az yer elə Tanrıya yanında” deyirsiniz. Əlbəttə belə olarsa,hər şey düzələr.Amma bu o qədər də asan olmur..

Yəni Tanrını məscidlərdə, kilsələrdə deyil öz aranızda tapın demək istəyirəm. Dua etmək üçün mütləq rahib və ya imamın yanına getmək lazım deyil. Tanrı balaca deyil ki, biz onu xüsusi evlərdə axtaraq. Ona aramızda yer etməliyik. Dəqiq deyə bilmərəm ki, bir imanlı, mömin şəxs xoşbəxt olsun. Bir buddistə inanaram ki, o xoşbəxtliyə, nirvanaya çatıb. Bu uzun söhbətdi. İnsan təbiətə qayıtmalıdır. Ağacların, dağların arasında yaşamalıdır. Şəhər, sivilizasiya insanları bir-birindən ayırır. Məhz Tanrının evi də, dərgahı da elə təbiətin özüdür...

Söhbətləşdi: Şəhla Aslan,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728