manera.az
manera.az

Nə olar, ümidimizi öldürməyin! MANERA.AZ

                                         Nə olar, ümidimizi öldürməyin! MANERA.AZ

Rüzgar Mövsüm yazır...

Mədəni adamlar gözəllikdə gözəlliyi duymağı bacaranlardır. Onlara ümid var.

Oskar Uayld.


Dostunuz, yoldaşınız olmayan adam sizə "SƏN" deyə müraciət edir?

O zaman bu yazını mütləq oxuyun!

Sərhədsiz səmimi adamam. Amma, səmimiliklə saymamazlığın, mədəniyyətsizliyin arasında böyük fərqlər var. Sizə bir az bu fərqlərdən danışacağam.

Əlbəttə, səmimilik yaxşı şeydir və çox qiymətli xüsusiyyətdir. Təbii ki, bu səmimiliyin kimə və nə vaxt göstərilməsindən asılı olaraq. Ömür boyu ikiüzlü olub, özü də ikiüzlülərlə dost olmuş adamla birdən birə səmimi olsan, o, uzun illər kimya zavoudnda işlədikdən sonra dağ havası udan fəhlə kimi gicəllənər. Ona görə də aradakı məsafələri bəzən qorumaq lazımdır.

Bu məsafələrin, bu sərhədlərin dəyişməsini, açılıb bağlanmasını bəlli edən ən birinci anlayış müraciət formasıdır.

“Necəsən? Nə istəyirsən? Adın nədir?
“Necəsiniz? Sualınız nədir? Nə istəyirsiniz? Adınız nədir? Adınızı bilmək olar?

Fərqləri izah edə bildim?

Əslində, “Sən” və ya “Siz” deyə müraciətin arasında isterikaya səbəb olacaq qədər böyük fərq yoxdur. Lakin, fərq görünməyəcək qədər kiçik də deyil. Əsas, söhbətin məğzidir. Dialoqun abu-havasıdır. Əsas, tərəflərin arasındakı əmin-amanlıqdır. Həm də anlayışlar ancaq və ancaq böyük və kiçiyə bölünməz ki?!

Amma, “Sən”lə “Sən” in arasında da böyük fərq var. Məsələ burasındadır ki, bu “Sən”in deyilmə forması çox müxtəlif ola bilər. Bu "Sən"in fərqlərini və rəngini məsafədən asılı olmayaraq monitorun arxasından da duya bilirsən, iki addımlıqdan da. Ən azından mən duya bilirəm və Sizi inandırıram ki, bu "SƏN"lərin çox növü var.

Ümumiyyətlə isə şəxsi tanışlıq, yoldaşlıq olmayanda insanlara “Sən” deyə müraciət etmək tərbiyəsizlikdir. Müraciət forması kimi “Siz” - şəxsi tanışlığınız olmayan və ünsiyyət təcrübəsi qazanmadığınız adamlarla danışdıqda insanın mədəniyyətini müəyyənləşdirir. Buna əməl etmirsizsə, deməli bu mədəniyyətdən uzaqsız. Ən azından "SƏN" deməkçün icazə almalısan. Başqa cür olmaz.

Nəzakətsiz danışırlar, necə gəldi müraciət edirlər. Mən isə bu mövzuda çox mükəmməlçiyəm. Birdən birə "SƏN"ə keçmə mənim üçün qapının açar deşiyindən kiminsə yataq otağına baxmaq kimi bir şeydir.

Bir zümrə də var ki, iradını bildirəndə, deyir ki ”Mən Allaha da sən deyirəm”. Nə məntiqsiz bəhanə. Sizin Allahla dialoqunuzdan mənə nə? Sizin münasibətlərinizə mənmi məsulam? Allah ki, sizə mədəniyyət sərhəddini aşmağı əmr etmir? Yox? Qurtardı...

Başa düşmək istəmirlər ki, birdən birə “Sən” ə keçmək kiminsə ərazisinə hörmət etməmək deməkdir.

“Siz” Sizin aranızdakı məsafəni bəlli edir. Zorla məhəbbət olmaz ki. Bəlkə, həmin adam sizin ona elə olduğunuz uzaqlıqda qalmağınızı istəyir?

“Mədəni adamlar gözəllikdə gözəlliyi duymağı bacaranlardır. Onlara ümid var.”

Nə olar, ümidimizi öldürməyin!

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031