manera.az
manera.az

Dövlət müşaviri: "“YUĞ”u qorumaq lazımdır" - MANERA.AZ

📅 19.01.2016 13:03

Dövlət müşaviri: "“YUĞ”u qorumaq lazımdır" - MANERA.AZ
"Yuğ" teatrını hökmən qorumaq lazımdır. ” Dövlət müşaviri, yazıçı Kamal Abdulla Kulisə açıqlamasında belə deyib.

O, daha sonra bildirib: “Orda yığılan professional təcrübənin qədrini bilmək vacibdir. Amma ölkədəki mövcud vəziyyəti də obyektiv qiymətləndirmək labüddür.”

Yazıçı maraqlı təkliflə çıxış edib: “"Yuğ" sənət dilinə və ənənələrinə bizdə uyğun gələn teatr "Pantonima" teatrıdır. Bu teatrların kollektivləri eyni bədii-estetik müstəvidə bir-birini tamamlayırlar.

Bu iki teatrın mənən (və əlbəttə ki, maddi baza baxımından) birləşməsi, elə bilirəm ki, bu gün söhbət mövzusu ola bilər. Bir teatr çərçivəsində iki truppa kimi.

Daha uyğun gələcəkdə şərait tələb edərsə, bu inteqrasiyanın yenidən diferensiasiyaya "uğraması" heç bir problem yaratmaz.”


Baxış sayı - 1 351 | Yüklənmə tarixi: 19.01.2016 13:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031