manera.az
manera.az

Gülümsəmək xoşbəxtlik çağırar... - MANERA.AZ

Gülümsəmək xoşbəxtlik çağırar... - MANERA.AZÖZÜNƏ İNAMINIZI ARTIRACAQ VACİB ÖNƏRİLƏR

Özünə inam, bir gecədə nə qazana biləcəyiniz nə də itirə biləcəyiniz bir şeydir. Özünə inam, davamlı qazanımını təkrarlamasını istədiyimiz bir daxili dövrdür. Bu daxili dövrün davamlılığını təmin etmək adına -yəni özünə inamı artırmaq və yüksək tutmaq üçün- bəzi həyati vərdişlər əldə etməyimiz vacibdir.

Bir şeydə yaxşı olun.

Bir hobbi qazanmaq ya da marağınız olduğu bir sahədə nizamlı işlər görmək özünə inamınızı yenidən dirçəldə bilər. Hər kəs mütləq bir qabiliyyətə malikdir. Əhəmiyyətli olan bu qabiliyyəti kəşf edə bilməkdir. Bu qabiliyyətinizi kəşf edə bilmənin yolu da özünüzü kifayət qədər tanımaqdan keçir. Qabiliyyətinizi kəşf etdiyinizi düşünürsünüzsə və cəsarətiniz də varsa ortaya yaxşı şeylər çıxarıb bunu digər insanlarla paylaşa bilərsiniz. Ortaya çıxaracağınız bu şeylərdən qürur duymağı da özünüzdən əsrgəməyin və müvəffəqiyyətə çata bilmək üçün özünüzə bir şans verin.

Özünüzlə barışıq olun.

Mükəmməl biri olmaq üçün fiziki olaraq çox cazibədar olmanıza ehtiyac yoxdur. Heç bir zaman da gərək olmayacaq. Lakin iç dünyanızda yaratdığınız o mükəmməl adam olmaq üçün özünə inama ehtiyacınız var. Özüylə barışıq olmayan birinin digər insanların özü haqqında pis şeylər düşündüyünü düşünməsi çox normaldır. Siz əvvəl özünüzlə barışıq olun. Bu müsbət rəftarınız ətrafınızdakı insanlara böyük özünə inam dalğaları yayacaq.

Bir az tək başınıza zaman keçirin.

İnsan, müəyyən zamanlarda həyatın axışına istiqamət verə bilmək üçün, özüylə zaman keçirməlidir. Özünü fərdi olaraq qiymətləndirib, yaşadıqlarını öz məntiq süzgəcindən keçirə bilməsi üçün özünə zaman ayırmalıdır. Bu sayədə həyatınızı öz axışından bir az sapdırıb özünüz idarə edə bilərsiniz. Həyatınızı idarə edə bilmə duyğusunun da özünə inamınıza müsbət təsir etdiyini görəcəksiniz.

Səhvlərinizi deyil, müvəffəqiyyətlərinizi düşünün.

Əlbəttə heç kim mükəmməl deyil. Özünə inam dolu həyatlarda belə zaman-zaman fərdi etibarsızlıq problemləri yaşanar. Bu qədər mükəmməlliyyətçi olmayın. Özünüzdə bəzi əskikliklər görməniz, əlinizdə olmadan bəzi səhvlərinizi beyninizdə təkrar-təkrar yaşamanız çox normaldır və həyatın da bir gerçəyidir. Lakin normal olmayan şey; səhvlərinizi düşünüb bədbəxt ola bilərkən müvəffəqiyyətlərinizi düşünüb xoşbəxt olmağı bilməmənizdir.

Gülümsəyin.

Gülümsəmək xoşbəxtlik çağırar, yoluxucudur və ən azad ifadə formasıdır. Gülümsəmək, özünə inam qazanımı təmin edən bir hərəkətdir. Gülümsəyin, ağılınıza gəldiyi hər an.


Tərcümə-İlham Məmmədli


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031