manera.az
manera.az

Mədəniyyətarası görüş - MANERA.AZ

📅 29.04.2016 14:52

Mədəniyyətarası görüş - MANERA.AZ

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Teatr və Kino fakültəsinin tələbələri ilə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, görüş zamanı Mərkəzin müdiri Əhməd Sami Elaydi tələbələrə Misir Mərkəzi və Təhsil Əlaqələri Mərkəzinin yaranmasından, fəaliyyətindən bəhs edib.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının xalq artisti, aktrisa Həmidə Ömərova göstərilən qayğıya və diqqətə görə Mərkəzin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Belə görüşlərin mütəmadi olaraq keçirilməsini və tələbələrin Misir filmləri ilə tanışlığının vacibliyini vurğulayıb.
Daha sonra tələbələrə Misirin məşhur aktyoru Əhməd Əl Sakanın baş rolu ifa etdiyi “Afrikano” filmi nümayiş olunub.


Baxış sayı - 1 390 | Yüklənmə tarixi: 29.04.2016 14:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031