manera.az
manera.az

Dünyanın ən yaşlı kişisi rekordlar kitabında |MANERA

📅 17.03.2016 12:07

Dünyanın ən yaşlı kişisi rekordlar kitabında |MANERA

“Ginness” rekordlar kitabının nümayəndələri 112 yaşlı İsrail vətəndaşı İsrael Kristalı planetimizin ən yaşlı kişisi kimi qeydə alıblar.
MANERA Vesti.ru saytına istinadla xəbər verir ki, 1903-cü ildə anadan olan Kristal Polşada yaşayıb. II Dünya müharibəsi zamanı həyat yoldaşı ilə birgə əsir alınaraq Osvensim həbs düşərgəsinə aparılıb. Onun həyat yoldaşı əsirlikdə ağır şəraitə dözə bilməyərək dünyasını dəyişib. Müharibə qurtaranda İsraelin cəmi 37 kiloqram çəkisi qalmışdı. İsrail dövləti qurulandan sonra ora köçərək qənnadı dükanı açmışdı.

1918-ci ildə Kristalın Polşanın Lodz şəhərində yaşadığını təsdiqləyən arxiv sənədləri tapıldıqdan sonra “Ginness” rekordlar kitabının nümayəndələri onu rekordçu kimi qeydə alıblar. Bundan başqa, tarixçilər İsraelin evlilik haqda ilk şəhadətnaməsini də aşkar ediblər. Məlum olub ki, o, 25 yaşında ikən ailə həyatı qurub.

Əvvəllər ən yaşlı kişi yaponiyalı Yasutaro Koide sayılırdı. O, bu ilin yanvarında 113 yaşında vəfat edib. Dünyanın ən yaşlı qadını isə 116 yaşlı amerikalı Süzanna Muşatt Consdur.


Baxış sayı - 1 868 | Yüklənmə tarixi: 17.03.2016 12:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031