"Oyuq” Gran-pri qazandı MANERA
![]()
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyasının istedadları daha bir beynəlxalq müsabiqənin baş mükafatlarını qazanıb.
Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, belə ki, studiyanın rəhbəri və fəalları Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və onun nəzdində fəaliyyət göstərən uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə baş tutan İkinci Beynəlxalq “Caz karuseli” adlı beynəlxalq müsabiqədə uğurla təmsil olunub.
Nüfuzlu müsabiqədə studiyanın Azərbaycan xalq nağıllarından seçmələrlə tərtib edilən tamaşa-konserti tamaşanın müəllifi “Oyuq”Teatr-studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva , quruluşçu rejissoru Cəmilə Allahverdiyeva , quruluşçu rəssamı isə İqbal Əliyevdir) baş mükafata – Gran-priyə layiq görülmüşdür. Bununla yanaşı 6-18 yaş arası uşaq və gəncləri əhatə edən müsabiqənin uşaq solo ifaçılığı nominasiyasındakı birinciliyi də studiyanın gənc artistləri qazanıblar. Belə ki, Selcan Müseyibova və Aylin Nəcəfli 1-ci dərəcəli diploma layiq görülüb.
Onu da qeyd edək ki, müsabiqənin təşkilində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq və onların fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir.
Turan Etibaroğlu
Manera.az