manera.az
manera.az

Gedək it hürən tərəfə... | MANERA.AZ

Gedək it hürən tərəfə... | MANERA.AZ
manera.az
Şəhla Aslan yazır...

Son günlər nənəmin nağılları çox yadıma düşür. Bu nağıllardan Cırtdan obrazı sanki real bir şəxs kimi sanki mənimlə danışır...

O gün soruşuram ki, ay Cırtdan, sən niyə işıq gələn tərəfə getdin və divlərin cənginə keçdin? Əgər it hürən səmtə getsəydin, rahat bir evə yetişərdin.

“İt hürən”, “işıq gələn” kimi müxtəlif istiqamətlər beynimdə dolaşmağa başlamışdı.

Əslində biz hamımız müəyyən mənada, Cırtdanın mənəvi övladlarıyıq. Çox vaxt səmti düz müəyyənləşdirə bilmədiyimizdən başımız bəlalara düçar olur.

Elə dövlətmiz də bundan az ziyan çəkməyib. Gah rusa meyl edib, gah farsa, gah ingilisə, gah da ərəbə. İndi də “mənşəyi bəlli olmayan” Amerika barmaq silkələyib deyir ki, kim mənimlə deyilsə, düşmənimdir. O biri tərəfdən də Rusiya aradabir qış yuxusundan oyanıb yarıyuxulu vəziyyətdə nəsə deyib yenə yatır. Adam lap çaş-baş qalır. Amma bu “balanslaşdırılmış siyasət” nə olan şeydirsə, deyəsən yeganə düzgün siyasətdir. Yoxsa, Qərb özü bizə meyl etməzdi, bizimlə hesablaşmazdı. Əsrin müqaviləsi ilə sübut etdik ki, biz Cırtdan kimi işıq gələn tərəfə getmirik, əksinə, sübut edirik ki, işıq da bizdədir, enerji də, neft də, qaz da. Kim istəyirsə, gəlsin işığımıza. Başqa sözlə, biz özümüz də elə div kimi bir şeyik, daha Cırtdan deyilik. İnsafən, onlar da axışıb gəldilər bizə. Şərtlərimizi qəbul edənlər öz paylarını alıb güzəran sürürlər. Etməyənlər isə Yerevanın küçələrində bir-birini qıra-qıra qəpik-quruş davası edən ermənilər kimi yaman günə qaldılar.

Sonra da biz dünyaya iradəmizi bildirdi ki, balam, madam ki, biz də divik, balinayıq, onda Avropa oyunları Bakıda keçirilsin. Keçirildi də. Şübhə edənlər də oldu. Amma, güləşçi İlham Zəkiyev rəqibini div kimi qaldırıb yerə vuranda sevincimiz yerə-göyə sığmırdı...

Qələbələrimizi niyə xatırladıram? Ona görə bunları sadalayıram ki, biz işıq gələn tərəfə çox getmişik, xeyri olmayıb. İndi qalır it hürən səmtə getmək məsələsi...

Əslində o itin orada bağlanmasına özümüz şərait yaratmışıq. O vaxt Rusiya bəd it axtarırdı saxlamağa. Erməni də onu inandırmışdı ki, məndən sadiq köpək yoxdur Qafqazda. Biz isə elə bilirdik ki, fağır, sahibsiz itə Eçmiədzində (Üçkilsədə) Yerevanda (İrəvanda) yer verməsək Allaha xoş getməz. Nə isə, yer verdik, onlar da ağaları üçün hürməyə başladılar. Son vaxtlar isə quduzluq mərəzinə düçar olublar. Məlumdur ki, quduz iti sahibi tələf edir. Onlar hər hürəndə, atəşkəsi pozanda, bir daş atıb susdurmaq üsulu artıq əl vermir. Görünür, onları mıxdan açıb belinə də bir-iki çomaq vurmaq lazımdır ki, gəldikləri yerə qaçsınlar. Bu tədbirin zəruriliyini ağaları da başa düşmüşlər.

Son dövrlər hadisələr bizim xeyrimizə baş verir, siyasətdə, iqtisadiyyatda, idmanda ... və s.

Lap məqamdır. İt hürən tərəfə hərəkət etməliyik. Baş-qulağımız da dincələr bir az. Müharibəni heç kəs istəmir. Heç biz də onun tərəfdarı deyilik. Sadəcə, yönümüzü o səmtə çevirsək, hər şey öz-özünə həll olacaq.

Bir vaxtlar ümidimizi xaricilərə bağladığımız halda, indi deyirik ki, “ATƏT-matət, BMT- meemte heç mənə lazım da deyil”.

Elə isə məsələmizi özümüz həll etməliyik. Bir sözlə, gedirik it hürən tərəfə…


Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031