manera.az
manera.az

“Cənnətin iqamətgahı” filmi təqdim olunub

📅 06.10.2026 07:47



Oktyabrın 3-də Nizami Kino Mərkəzində Ordubadın qədim tarixi, zəngin mədəni irsi və etnoqrafik xüsusiyyətlərindən bəhs edən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin premyerası keçirilib.


Manera.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ICESCO-nun Bakı Regional Ofisinin dəstəyi ilə təşkil olunan mərasimdə rəsmilər, ictimaiyyət və media nümayəndələri, eləcə də filmin yaradıcı heyəti iştirak edib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, film Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının müvafiq məqsəd və hədəfləri çərçivəsində hazırlanıb. Ekran əsərinin Azərbaycanın bölgələrindəki təbii, tarixi və etnik-mədəni irsin tanıdılmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyi vurğulanıb.

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov ekran əsərinin əsasən Ordubadın etnoqrafiyasına həsr olunduğunu bildirib.

“Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində “Azernyumedia” şirkətində istehsal olunan filmin təsvir rejissoru Arif Zeynalov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, məsləhətçiləri Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Əməkdar jurnalist Mir Şahin Ağayevdir.



Baxış sayı - 19 | Yüklənmə tarixi: 06.10.2026 07:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031