manera.az
manera.az

“Usuboğlu Group”un yeni ofisinin açılışı olub – Fotolar

“Usuboğlu Group”un yeni ofisinin açılışı olub – Fotolar

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Usuboğlu Group”un yeni ofisinin açılışı olub.

Manera.az xəbər verir ki, şirkət bu gündən etibarən peşəkar kollektivi və genişləndirilmiş xidmətləriylə yeni ünvanında müştərilərinə xidmət göstərəcək.

Açılış proqramında çıxış edən “Usuboğlu Group”un rəhbəri Samiral Usuboğlu qonaqları salamlayıb şirkət haqqında geniş məlumat verib.

Samiral Usuboğlu: "Şirkətimizin təməl dəyərləri milli-mənəvi dəyərlərə hörmət, şəffaflıq, güvən, keyfiyyətli xidmət, insana hörmətdir. Biz şirkət olaraq hüquqi konsultasiya, təşkilatçılıq, tərcümə xidmətləri, səhiyyə turizmi, SMM xidmətləri, təhsil məsləhətçiliyi, əmlak məsələləri, investisiya konsultasiyası, viza prosesləri və s. sahələrdə xidmətlər göstəririk. Hesab edirəm ki, yeni ofisimiz və kollektivimiz sadaladığım bu mühüm sahələrdə müştərilərimizə gərəkən dəstəyi verməkdə mühüm rol oynayacaq”.

S. Usuboğlu gələcəkdə həyata keçiriləcək layihələrdən, perspektivlər haqda iştirakçılara məlumat verərək dərnək fəaliyyətlərindən də bəhs edib: “Usuboğlu Group” şirkətinin tərkibində fəaliyyət göstərən “Gönül Elleri Derneği” olaraq eyni zamanda, bundan sonra sosial layihələrə dəstək verməyə davam edəcəyik.

Daha sonra çıxış edən qonaqlar şirkətin bundan sonrakı fəaliyyətinə uğurlar arzulayıblar. Xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, 2013-cü ildən "HABER S" adı ilə işə başlayan “Samiral USUBOĞLU” firması 2022-ci ildən etibarən “Usuboğlu Group” adı altında fəaliyyətini davam etdirir.

“Usuboğlu Group” yeni ünvanı:
Sultan Selim, Studio Levent Apartmanı, Lalegül Sokağı No:7 D:38 K:3, 34600 No.7 D.38 K:3, 34600 Kâğıthane/İstanbul

“Usuboğlu Group”un yeni ofisinin açılışı olub – Fotolar
“Usuboğlu Group”un yeni ofisinin açılışı olub – Fotolar
“Usuboğlu Group”un yeni ofisinin açılışı olub – Fotolar
“Usuboğlu Group”un yeni ofisinin açılışı olub – FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728