manera.az
manera.az

Azərbaycanlı rəssamın əsəri Ankarada muzey kolleksiyasına daxil edilib

📅 06.10.2026 07:28

Azərbaycanlı rəssamın əsəri Ankarada muzey kolleksiyasına daxil edilib

Rəssam Arif Hüseynovun “Xoşbəxt Azərbaycan ailəsi” adlı əsəri Ankara Rəsm və Heykəl Muzeyinin daimi kolleksiyasına daxil edilib.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi “Azərbaycanın nişanələri dünyada” layihəsi çərçivəsində Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun “Xoşbəxt Azərbaycan ailəsi” adlı rəsm əsəri Ankara Rəsm və Heykəl Muzeyinin daimi kolleksiyasına daxil edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin mədəni irsimizin tanıdılması və Azərbaycan incəsənətinin beynəlxalq miqyasda tanınmasının genişləndirilməsi məqsədilə həyata keçirdiyi davamlı layihə çərçivəsində Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib. Əsərin Ankara Rəsm və Heykəl Muzeyinin fonduna daimi olaraq daxil edilməsi və muzeydə sərgilənməsi barədə qərar qəbul olunub.

Bu çərçivədə Arif Hüseynov “Xoşbəxt Azərbaycan ailəsi” adlı rəsm əsərini Ankara Rəsm və Heykəl Muzeyinə hədiyyə edib.

“Xoşbəxt Azərbaycan ailəsi” adlı rəsm əsərində Azərbaycan xalqının ənənəvi ailə modeli və ailə birliyi bədii dillə əks etdirilib. Əsərin əsas motivini Azərbaycan ailəsinin birlik və sevgi içərisində yaşaması, milli-mənəvi dəyərlərə bağlılığı təşkil edir.


Baxış sayı - 18 | Yüklənmə tarixi: 06.10.2026 07:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031