manera.az
manera.az

Naxçıvana yeni təhsil naziri təyin olundu

📅 26.09.2026 09:46


Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında sentyabrın 25-də qərar qəbul edilib.

Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib, bu posta Ovni Mehbalı oğlu Muradov təyin olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.


Baxış sayı - 26 | Yüklənmə tarixi: 26.09.2026 09:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930