manera.az
manera.az

Xaqani Şirvani haqqında Türkiyə türkcəsində Vikipediya bölməsi istifadəyə verilib

📅 27.08.2026 19:15



Azərbaycan şairi və Türk dünyasının böyük mütəfəkkiri Xaqani Şirvani haqqında Türkiyə türkcəsində Vikipediya bölməsi istifadəyə verilib

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində dünya miqyasında tanınan Azərbaycan şairi və Türk dünyasının böyük mütəfəkkiri Xaqani Şirvani haqqında Türkiyə türkcəsində əhatəli və zəngin Vikipediya bölməsi hazırlanaraq istifadəyə verilib və məzmun baxımından zənginləşdirilib.

Layihənin məqsədi Azərbaycanın XII əsr intibah dövrünün qüdrətli nümayəndələrindən biri olan Xaqani Şirvaninin həyatını, əsərlərini, ədəbi-fəlsəfi irsini və Türk dünyası mədəniyyətindəki mühüm yerini Türkiyə türkcəsində geniş auditoriyaya tanıtmaqdır.

Xaqani Şirvaninin zəngin irsi bu gün də Azərbaycan və Türk dünyasının ədəbi-mədəni yaddaşının mühüm bir hissəsi kimi yaşadılır.

2026-cı ildə Xaqani Şirvaninin anadan olmasının 900 illiyi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şairin 900 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalanıb.

Vikipediya bölməsində Xaqani Şirvaninin həyatı və yaradıcılığı, ədəbi irsi, xatirəsinin yaşadılması, onun adını daşıyan məkanlar, Xaqaniyə həsr olunmuş əsərlər, filmoqrafiyası və şair haqqında aparılmış elmi araşdırmalar barədə əhatəli məlumatlar yer alır.

Qeyd edək ki, bölmə üzərində işlər Mərkəzin Vikipediya könüllüləri tərəfindən davam etdirilir.


Baxış sayı - 25 | Yüklənmə tarixi: 27.08.2026 19:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31