Afyonkarahisar bələdiyyə başqanı jurnalistlərlə görüşdü - Foto

TİGAD (Türkiyə İnternet Jurnalistlər Dərnəyi) təşkilatçılığı ilə Türkiyənin müxtəlif bölgələrindən olan jurnalistlər Afyonkarahisarda bir araya gəliblər. Tədbir çərçivəsində jurnalistlər ilk olaraq Afyonkarahisar Bələdiyyə başqanı Burcu Köksalı ziyarət ediblər.
Afyonkarahisar Bələdiyyəsinin dəstəyi ilə keçirilən “Yeni Nesil Gaztecilik” adlı konfrans və kültür gəzisi proqramı  çərçivəsində keçirilən ilk rəsmi ziyarət bələdiyyənin məclis salonunda baş tutub.
Görüşdə TİGAD-ın Başqanı Okan Geçgel və Afyonkarahisar üzrə nümayəndəsi Faruk Kılınç ev sahibliyi etdiyi görüşdə təxminən 100 jurnalist iştirak  edib.
Bələdiyyə başqanı Köksal tədbirdə xidmətləri və layihələri barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlər, səmimi atmosferdə keçən görüşdə Köksala müxtəlif hədiyyələr təqdim ediblər.  
Afyonkarahisar bələdiyyə başqanı Burcu Köksal TİGAD-ın Azərbaycan təmsilcisi Şəhla Aslanla söhbətində Azərbaycanın mədəniyyətinə və tarixinə böyük önəm verdiyini, Qarabağ mövzusuna isə hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulayıb. 
Köksal, Azərbaycanla bağlı layihələrin və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsini dəstəklədiyini qeyd edib.
Sonda xatirə şəkilləri çəkilib.
 no
 no
 Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.