manera.az
manera.az

“Türk Dünyası İnternet Media Federasiyası” yaradılır

📅 15.11.2022 16:27

“Türk Dünyası İnternet Media Federasiyası” yaradılır

Xəbər verdiyimiz kimi, Türkiyənin Kayseri Erciyes Universitetində “Yeni nəsil media” mövzusunda konfrans keçirilib.

Konfrans çərçivəsində “Türkiyə İnternet Media Dərnəyi”nin (TİGAD) nümayəndələri Kayseridə bir araya gəliblər.

Konfransdan sonra dərnək nümayəndələrinin məşvərət toplantısı keçirilib.

Toplantıda TİGAD-ın təsisçiliyi ilə “Türk Dünyası İnternet Media Federasiyası”nın yaradılması haqqında qərar qəbul edilib.

Toplantıda TİGAD başqanı Okan Gergel yeni yaradılacaq Federasiya haqqında dərnək nümayəndələrinə geniş məlumat verib.

Federasiya müzakirələrindən sonra Türkiyədə qüvvəyə minən “Mətbuat haqqında və başqa qanunlara dəyişikliklər edilməsi haqqında” qanunla bağlı da dəyərləndirmələr aparılıb. Gergel, çıxışında mətbuat qanununda edilən dəyişikliklərlə internet jurnalistikasının rəsmi olaraq tanınması ilə böyük irəliləyiş əldə edildiyinə, lakin bundan sonrakı prosesin də çox əhəmiyyətli və kritik olduğuna diqqət çəkib.

“Qarşıdakı günlərdə keçiriləcək iclaslarda qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak edəcəyik. Rəqəmsal medianın həyatımıza daxil olması ilə yeni nəsil jurnalistikası uzun bir yol qət etdi və xəbərlərin sürətli çatdırılmasında təsirli oldu. Bu mənada biz doğru xəbərləri birbaşa oxucuya çatdırmaq kimi mühüm missiyanı öz üzərimizə götürürük. Fəaliyyətimiz bütünlüklə həmkarlarımızın öz vəzifələrini rahat şəkildə yerinə yetirmələri istiqamətində mücadilədir.” deyə Okan Geçgel əlavə edib.

Sonra TİGAD sədri TİGAD-ın yeni layihələrindən bəhs edib.

Sonda görüşdə iştirak edən əyalət nümayəndələrinə təşəkkür edilib.

Şəhla Aslan,
Türkiyə, Kayseri



“Türk Dünyası İnternet Media Federasiyası” yaradılır


Baxış sayı - 918 | Yüklənmə tarixi: 15.11.2022 16:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031