manera.az
manera.az

Vətən müharibəsi haqda serial 1 milyon dollara çəkiləcək

📅 25.08.2022 15:07

Vətən müharibəsi haqda serial 1 milyon dollara çəkiləcək
Mədəniyyət Nazirliyi “Qarabağ Vətən Müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub.

MANERA.AZ xəbər verir ki, bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalına yerləşdirilib.

Tenderin qalibi “Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirket”i olub.

Qalib şirkətə 1,7 milyon manat (1 milyon ABŞ dolları) ödəniləcək.

Qeyd edək ki, “Bozdağ film” studiyası Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və digər bir sıra məşhur seriallarının istehsalçısıdır.


Baxış sayı - 584 | Yüklənmə tarixi: 25.08.2022 15:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930