manera.az
manera.az

Məşhur rəssamın əsəri tapıldı

📅 08.07.2020 11:24

Məşhur rəssamın əsəri tapıldı
Londondakı "Sotheby’s" hərraclar mərkəzinin əməkdaşları Peter Paul Rubensin “Xanımın portreti” adlı əsərini aşkarlayıblar.

Manera.az xəbər verir ki, uzun illərdir toz altında qalmış boyakarlıq əsəri 4,3 milyon ABŞ dolları məbləğində dəyərləndirilir.

Lakin 139 il ərzində şəxsi kolleksiyada saxlandıqdan sonra bu əsər 2017-ci ildə adı çəkilməyən şəxs tərəfindən cəmisi 97,2 min ABŞ dollarına satın alınıb.

Hələ 1902-ci ildə London Krallıq İncəsənət Akademiyası tərəfindən tamaşaya qoyulan bu böyük əsəri "Sotheby’s" bu il iyul ayının 29-da satışa çıxaracaq.

Xatırladaq ki, Avropanın dahi rəssamlarından olan Peter Paul Rubens (1577-1640) Flamandiya boyakarlıq məktəbinin öncülü, incəsənətdə barokko cərəyanının banilərindəndir. /report.az/


Baxış sayı - 769 | Yüklənmə tarixi: 08.07.2020 11:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930