manera.az
manera.az

Pikassonun 11 əsəri satışa çıxarılacaq

📅 14.08.2021 14:37

Pikassonun 11 əsəri satışa çıxarılacaq
Las-Veqas şəhərindəki bir restoranda 20 il asılı qalan Pablo Pikassonun əsərləri oktyabr ayında hərraca çıxarılacaq.

Manera.az xəbər verir ki, rəssamın hərraca çıxarılacaq 11 əsərinin ümumi dəyəri 104 milyon dollardan çoxdur.

Qeyd edək ki, Pablo Pikasso XX əsr təsviri sənətinin ən tanınmış şəxsiyyətlərindən biri olub. Ən məşhur əsərləri sırasında “Avinyonlu qızlar” və “Gernika” əsərləri xüsusi yer tutur.

Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərib. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirib.


Baxış sayı - 451 | Yüklənmə tarixi: 14.08.2021 14:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930