manera.az
manera.az

Pikassonun əsəri ilk dəfə hərraca çıxarılacaq

📅 11.04.2022 17:31

Pikassonun əsəri ilk dəfə hərraca çıxarılacaq
“Sotheby's” hərrac evi İspan rəssamı Pablo Pikassonun (1881-1973) "Uzanmış çılpaq" tablosunu mayın 17-də Nyu-Yorkda hərraca çıxaracaq.

MANERA.AZ TASS agentliyinə istinadla xəbər verir ki, hərrac evinin ekspertləri tablonun ən azı 60 milyon dollara satılacağını gözləyir.

“Pablo Pikassonun bu vaxtadək hərraca çıxarılmayan “Uzanmış çılpaq” əsəri rəssamın 1932-ci ildə yaratdığı ən heyrətamiz əsərlərindən biri sayılır.

Sürrealizmin fantastik obrazlarından və sevgilisinə olan ehtirasından ilhamlanan Pikassonun bu tablosu rəngarəng ştrixlər və ifadəli plastika ilə zəngindir”, - deyə “Sotheby's” hərrac evində bildirilib.

Pikassonun əsəri ilk dəfə hərraca çıxarılacaq


Baxış sayı - 596 | Yüklənmə tarixi: 11.04.2022 17:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930