manera.az
manera.az

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirilib

📅 19.04.2026 19:42

Azərbaycanlı müəllifin pyesi  Sankt-Peterburqda səhnələşdirilib
Rusiyanın Sankt-Peterburq şəhərinin ən müasir təhsil ocaqlarından biri olan Krasnoselski 547 nömrəli tam orta məktəbdə azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis Uşaqlar Planeti” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın təqdimatı keçirilib.

Manera.az xəbər verir ki, səhnə əsəri təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən “Mir na ladoşke” teatr studiyasında, studiyanın rəhbəri, əlavə təhsil üzrə pedaqoq Marina Strelsovanın quruluşunda səhnələşdirilib.

Məktəb şagirdlərinin ifasında ərsəyə gələn səhnə işi 15 aprel Ümumdünya İncəsənət Gününə həsr olunmuş tədbir çərçivəsində nümayiş etdirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, artıq beynəlxalq səviyyədə tanınan “Pis Uşaqlar Planeti” pyesi son illərdə Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Vıborq, Yamal və Omsk şəhərlərində, eləcə də Sankt-Peterburqun başqa bir təhsil ocağı olan Nevski 707 nömrəli orta məktəbdə səhnələşdirilərək tamaşaçılara təqdim olunub.

Məhəmməd,
Manera.az


Baxış sayı - 245 | Yüklənmə tarixi: 19.04.2026 19:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930