manera.az
manera.az

Sankt-Peterburqda Üzeyir Hacıbəyliyə abidə qoyulacaq

📅 21.09.2021 09:26

Sankt-Peterburqda Üzeyir Hacıbəyliyə abidə qoyulacaq
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edəcək.

Bu barədə Manera.az-a forumun təşkilatçıları tərəfindən bildirilib.

Rəsmi nümayəndə heyətini Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun başçlıq edəcəyi gözlənilir.

“Forumda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun şəxsən iştirak etməsi yaradıcılıq, mədəni irsin öyrənilməsi və təbliği sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini nümayiş etdirir” – məlumatda deyilir.

Forum çərçivəsində Dövlət Ermitaj Muzeyində Azərbaycanın daimi ekspozisiyasının təntənəli açılış mərasimi keçiriləcək, həmçinin 2020-ci ildən etibarən Üzeyir Hacıbəylinin adını daşıyan bağda görkəmli bəstəkarın abidəsinin təməli qoyulacaq.

Məlumata görə, Sankt-Peterburqun Mariinski Teatrının səhnəsində bəstəkar Fikrət Əmirovun “1001 gecə” baletinin nümayiş olunacağı, həmçinin azərbaycanlı caz ifaçılarının konsertinin keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu 2021-ci il noyabrın 11-dən 13-dək keçiriləcək.


Baxış sayı - 420 | Yüklənmə tarixi: 21.09.2021 09:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031