manera.az
manera.az

ADU-da “Kamança” pyesi səhnələşdirilib

📅 21.12.2017 13:45

ADU-da “Kamança” pyesi səhnələşdirilib
Dekabrın 20-də Azərbaycan Dillər Universitetində görkəmli dramaturq, böyük ədib Cəlil Məmmədquluzadənin “Kamança” pyesi səhnələşdirilib.

MANERA.AZ xəbər verir ki, Səadət Nəbiyevanın rejissorluğu ilə hazırlanan tamaşanı universitetin tələbələri canlandırıb.

Tamaşanın sonunda pyesin insanlara çatdırmaq istədiyi humanistlik ideyası indiki dövrümüzün aktual məsələsi olan multikulturalizm ilə uzlaşdırılıb. Sonda tələbələr müxtəlif dillərdə multikultural dəyərləri ifadə edən fikirlər söyləyib.
ADU-da “Kamança” pyesi səhnələşdirilib
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla əsərin səhnələşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

O, qeyd edib ki, tələbələrin ifasında nümayiş olunan tamaşa Azərbaycan xalqının başına gələn müsibətlərin, ağrıların cavabı ola biləcək aksiyadır.


Baxış sayı - 1 162 | Yüklənmə tarixi: 21.12.2017 13:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031