manera.az
manera.az

İstanbulda yaşayan azərbaycanlı sənətçilərlə görüş keçirilib

📅 21.03.2026 07:50

İstanbulda yaşayan azərbaycanlı sənətçilərlə görüş keçirilib

Martın 19-da İstanbulun Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı sənətçilərlə görüşüb.

Görüş zamanı Azərbaycanın milli mədəniyyətinin Türkiyədə tanıdılması və bu istiqamətdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Xüsusilə, xəttatlıq, miniatür sənəti, akvarel (sulu boya) və keramika sahələrində Azərbaycan və Türkiyə arasında təcrübə mübadiləsinin təşkili, ustad dərslərinin (seminarların) keçirilməsi və ortaq sənət düşərgələrinin yaradılması məsələləri müzakirə olunub.

Görüşdə həmçinin azərbaycanlı sənətçilərin Türkiyədə keçirilən beynəlxalq sərgilərdə iştirakının artırılması, onların əsərlərinin nümayişi və Azərbaycan Mədəniyyət Mərkəzinin layihələrində daha fəal iştirakları ilə bağlı təkliflər dinlənilib.
Sonda aparılan müzakirələr əsasında konkret layihə və təkliflərin hazırlanması barədə razılıq əldə olunub.




Baxış sayı - 741 | Yüklənmə tarixi: 21.03.2026 07:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031