manera.az
manera.az

Türkiyə-Azərbaycan mədəni əlaqələri daha da güclənəcək - Foto

Türkiyə-Azərbaycan mədəni əlaqələri daha da güclənəcək - Foto

Azərbaycan və Türkiyə arasında teatr əməkdaşlığı, əsərlərin qarşılıqlı tamaşaya qoyulması və ədəbi-mədəni təcrübələrin mübadilə formalarını müzakirə edilib


Manera.az xəbər verir ki, Azərbaycan Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən "Azərbaycan Mədəniyyət Mərkəzi"nin direktoru Samir Abbasov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlar şöbəsinin müdiri Tamer Karadağlı ilə görüşüb.

Görüş zamanı T.Karadağlı Azərbaycanla bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyətindən danışaraq Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının incəsənət və onun əsas qollarından olan teatrlara töhfə verəcəyini söyləyib, özünün Azərbaycan səfərinə toxunaraq Azərbaycan mədəniyyətinin onda doğurduğu təəssüratdan böyük maraqla bəhs edib.

S.Abbasov isə Azərbaycanın zəngin mədəniyyəti, ölkədə teatrın keçdiyi uzun inkişaf yolu və dövlətin Türkiyə-Azərbaycan mədəni əlaqələrinə böyük əhəmiyyət verdiyini vurğulayıb.

İki ölkə teatrının qarşılıqlı zənginləşməsində Türkiyə Səfriliyi nəzdində yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm layihələr həyata keçirəcəyini söyləyən Samir Abbasov yaxın gələcəkdə təşkil ediləcək Azərbaycan Mədəniyyət Günləri çərçivəsində teatrların qastrol səfərlərinin dəstəklənməsi, rejissor və aktyorların birgə işlər görməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə teatrlar arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan müəllifləri əsərlərinin Türkiyə teatr səhnələrində tamaşaya qoyulması, bu istiqamətdə təcrübə mübadiləsi, ikitərəfli səfərlərin həyata keçirilməsi, memorandumların imzalanması barədə təkliflər irəli sürülüb.

Samir Abbasov Türkiyədə keçirilən məşhur Kültür Yolu Festivalında da Azərbaycan teatrlarının təmsil olunmasını istədiklərini nəzərə çatdırıb.

Türkiyə-Azərbaycan mədəni əlaqələri daha da güclənəcək - Foto

Söhbətdə Azərbaycan Səfirliyinin birinci katibi Aygün Qocayeva da iştirak edib.

Aygün Qocayeva ötən müddət ərzində səfirliyin bu istiqamətdəki işləri, Azərbaycan dramaturqları əsərlərinin Türkiyə teatr səhnələrində tamaşaya qoyulması ilə bağlı təşəbbüslərin artıq yeni yaradılan Mədəniyyət Mərkəzi tərəfindən sistemli şəkildə aparılacağına inamını ifadə edib.

Görüşdə təkliflər, birgə layihələrin həyata keçirilməsinə dair planların işlənilib-hazırlanması razılaşdırılıb.

Sonda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlar şöbəsinin müdiri Tamer Karadağlıya Türk-İslam Mədəniyyətinin Paytaxtı elan edilmiş Qarabağ incisi - Şuşa şəhərinə dair kitab hədiyyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31