manera.az
manera.az

Azərbaycan və Türkiyə Mədəniyyət Mərkəzləri birgə layihələrə başlayır – GÖRÜŞ

Azərbaycan və Türkiyə Mədəniyyət Mərkəzləri birgə layihələrə başlayır –  GÖRÜŞ
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi ilə Türk dünyasının ortaq dəyərlərinə dair birgə layihələr reallaşdıracaq.

Bu bəradə Manera.az-a Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Məlumata görə, mərkəzin direktoru Samir Abbasov Türkiyə Respublikası Mədəniyyət Turizm Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Atatürk Mədəniyyət Mərkəzi rəhbəri Zeki Eraslan ilə görüşüb.

Ankarada Atatürk Mədəniyyət Mərkəzində keçirilən görüşdə Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələr, Türk dünyasının ortaq dəyərləri, milli mədəniyyətin təbliği məqsədi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Atatürk Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq müzakirə olunub.

Görüşdə Türkiyədəki Atatürk Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Türk Dövləti və Düşüncə Həyatını Formalaşdıran Şəxsiyyətlərin Qısa Ömür Hekayələri silsiləsi və tərcüməsi” adlı layihəyə Azərbaycan tarixi şəxsiyyətlərinin və mütəfəkkirlərinin daxil edilməsi müzakirə edilib. Bununla yanaşı, Türkiyə tərəfindən yaradılan uşaq ədəbiyyatı və nağılların təbliğinə dair onlayn portala Azərbaycanın qoşulması məsələsi də gündəmə gətirilib.

Bundan əlavə, Türk dünyasının və Şərqin böyük bayramı olan Novruz bayramı ilə bağlı birgə layihələrin reallaşdırılması, eləcə də bu bayramın adət-ənənələrinin daha geniş auditoriyaya tanıdılması məsələləri nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanla bağlı kitabların Türkiyədəki Atatürk Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə olunması təklif edilib.

Bu məsələlərin hər biri ətrafında fikir mübadiləsi aparılıb və onların həyata keçirilməsi üçün birgə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Görüşün sonunda iştirakçılar Atatürk Mədəniyyət Mərkəzinin yeni binası, eləcə də Mərkəzin kitabxanası, konfrans və konsert sarayı, araşdırma mərkəzləri ilə tanış olublar.

Bundan sonra gələcəkdə birgə tədbirlərin və layihələrin reallaşdırılması yolları müzakirə edilib və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə Mədəniyyət Mərkəzləri birgə layihələrə başlayır –  GÖRÜŞ

Azərbaycan və Türkiyə Mədəniyyət Mərkəzləri birgə layihələrə başlayır –  GÖRÜŞ

Məhəmməd, Ankara
Manera.az


Baxış sayı - 339 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930