manera.az
manera.az

Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib

📅 18.03.2026 07:13

Ankarada Azərbaycan dili kurslarında Novruz bayramı barədə geniş məlumat verilib

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağında Novruz bayramına həsr olunan xüsusi dərs təşkil olunub.

Manera.az xəbər verir ki, xüsusi dərsdə Azərbaycan dili müəllimi Şəhla İbişova Novruz bayramı, onun qədim tarixi, milli-mədəni sərvətimiz kimi adət-ənənələri, Azərbaycan, Türk dünyasının ortaq bayramı kimi qeyd olunması haqqında məlumat verib.

Sonra dərsdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov onlayn çıxış edərək tələbələri bayram münasibətilə təbrik edib. O, Novruz bayramının min illərlə xalqımızın mədəniyyətində xüsusi yer tutduğunu, zəngin ənənə və dəyərləri özündə yaşatdığını və ən qədim bayramlarımızdan biri olduğunu qeyd edib. S.Abbasov bayramın xalqımızın min illərlə yaşatdığını, onun baharın gəlişi, təbiətin oyanışı, yenilənmə və dirçəlişi simvolizə etdiyini vurğulayıb. Mərkəz direktoru qədim bayramımız olan Novruzun Azərbaycanda, Türk dünyasında geniş şəkildə dövlət səviyyəsində qeyd olunduğunu bildirib.

S.Abbasov Novruzun ortaq dəyər kimi beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini söyləyib.

Kursun müəllimi Şəhla İbişova isə Novruz bayramının ölkəmizin adət-ənənələrindəki yerindən danışıb.

Qeyd edək ki, Novruz bayramı münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən tələbələrə ölkəmizi geniş şəkildə tanıdan "Salam Azərbaycan" kitabları hədiyyə edilib.

Dərs zamanı tələbələr Azərbaycan dili və Novruz bayramı haqqında təqdimatlarla çıxış ediblər.

Dərsdə tələbələrə Novruz xonçaları təqdim olunub və Novruz ənənələrinə dair səhnələr nümayiş etdirilib.





Baxış sayı - 80 | Yüklənmə tarixi: 18.03.2026 07:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031