manera.az
manera.az

Ankarada Xocalı faciəsinə həsr olunmuş teatr tamaşası nümayiş etdirilib

📅 24.02.2026 10:21

Ankarada Xocalı faciəsinə həsr olunmuş teatr tamaşası nümayiş etdirilib
Ankarada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Adsız qadın” teatr tamaşası təqdim edilib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsinin birgə layihəsi çərçivəsində keçirilən tamaşa Dövlət Teatrlarının Akün səhnəsində göstərilib.

Əsəri Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan teatrı səhnələşdirib. Baş rolu Kəmalə Cabbarova, digər rolları Hilal Alp, Vüsalə Əsgərova, Bülent Altay və Behram Afsal ifa ediblər. Müəllif dr. Aygün Həsənoğludur.

Tamaşadan əvvəl 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliam barədə məlumat verilib. Səhnə əsərində faciə bir qadının səssiz fəryadı fonunda bədii şəkildə təqdim olunub və sülh mesajı verilib.

Sonda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər ədalətin təntənəsi kimi vurğulanıb. Tamaşa izləyicilər tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanıb.



Baxış sayı - 457 | Yüklənmə tarixi: 24.02.2026 10:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031