manera.az
manera.az

Xocalı soyqırımı Ankarada teatr tamaşası ilə anılacaq

📅 16.02.2026 10:26

Xocalı soyqırımı Ankarada teatr tamaşası ilə anılacaq

Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Ankarada “Adsız qadın” adlı teatr tamaşası təqdim olunacaq.

Tamaşa Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyədə fəaliyyət göstərən Cəfər Cabbarlı Türkiyə-Azərbaycan Teatrının repertuarında səhnəyə qoyulur.

Mərkəzdən manera.az-a verilən məlumata görə, səhnə əsəri fevralın 23-də saat 20:00-da Ankaradakı “Akün səhnəsi”ndə nümayiş etdiriləcək.

Tamaşa ictimaiyyət üçün açıq olacaq.

Qeyd edək ki, səhnə əsərində bir qadının susqunluğu fonunda Xocalıda baş verən faciəvi hadisələr bədii dillə təqdim edilir. Tamaşa fərdi ağrının kollektiv yaddaşda buraxdığı dərin izləri, güclü emosional təsirə malik səhnə həlli vasitəsilə tamaşaçılara çatdırmağı hədəfləyir.

Məhəmməd,
Manera.az



Baxış sayı - 422 | Yüklənmə tarixi: 16.02.2026 10:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930