manera.az
manera.az

“Əsir qadın” tamaşası nümayiş etdirilib

📅 27.02.2020 09:46

“Əsir qadın” tamaşası nümayiş etdirilib
Fevralın 26-da Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşası nümayiş etdirilib.

Manera.az xəbər verir ki, yazıçı Meyxoş Abdullahın eyniadlı əsəri Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə səhnələşdirilib.

Otuz nəfərə yaxın aktyor heyətinin rol aldığı tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir. Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.
“Əsir qadın” tamaşası nümayiş etdirilib
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Qusar Mədəniyyət sarayında təqdim olunan səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.


Baxış sayı - 652 | Yüklənmə tarixi: 27.02.2020 09:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930