manera.az
manera.az

Dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib

📅 27.01.2026 20:56

Dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib
Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib.

Bu barədə MANERA.AZ-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.

“Teatr və teatr fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib.

Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rəssam, bədii rəhbər ştatları da ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb”, - məlumatda qeyd edilib.


Baxış sayı - 540 | Yüklənmə tarixi: 27.01.2026 20:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930