manera.az
manera.az

"Bəyaz küləklər" - Dilimizdə ilk dəfə

📅 05.12.2025 22:08


Bakının “Alatoran Yayınları” nəşriyyatında (naşır: Rasim Qaraca) görkəmli gürcü şairi Qalaktion Tabidzenin “Bəyaz küləklər” adlı şeirlər kitabı çapdan çıxıb.

MANERA.AZ xəbər verir ki, bu, XX əsr gürcü şeirinin ən parlaq və təsirli simalarından olan Qalaktionun dilimizdə işıq üzü görən ilk kitabıdır!

Kitabı gürcü dilindən tanınmış şair, tərcüməçi İmir Məmmədli çevirib.

Şairin səsi İmir Məmmədlinin orijinaldan tərcüməsində yenidən canlanır və bizi onun mistik, melanxolik və parlaq dünyasına aparır.

“Bəyaz küləklər”in redaktoru isə Qalaktion Tabidze haqqında kitab müəllifi (‘Qalaktıon: Süd Yolunda yalqız”) əməkdaşımız, şair İbrahimxəlildir.

2026-cı ildə Qalaktion Tabidzenin 135 illiyi qeyd olunacaq.

Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Medianın təşkilatçılığıyla Qalaktion Tabidze ilə bağlı tədbirlər keçiriləcək.


"Bəyaz küləklər" - Dilimizdə ilk dəfə


Baxış sayı - 277 | Yüklənmə tarixi: 05.12.2025 22:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930