manera.az
manera.az

Nizami Gəncəvi irsinə həsr olunmuş elmi seminar - Foto

📅 30.11.2025 19:01

Nizami Gəncəvi irsinə həsr olunmuş elmi seminar  - Foto
Qarabağ Universitetində Nizami Gəncəvi irsinə həsr olunmuş elmi seminar keçirilib.

MANERA.AZ xəbər verir ki, Qarabağ Universitetinin Tədqiqat və innovasiya mərkəzi, Pedaqoji fakültəsi və Nəşriyyat və kitabxana mərkəzinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığına komparativist baxış: Nizami və Dante irsinin müqayisəsi kontekstində” mövzusunda elmi seminar keçirilib.

Seminarda Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov Nizami Gəncəvinin dünya ədəbiyyatındakı mövqeyi, əsərlərinin Şərq və Qərb ədəbiyyatına təsir mexanizmi barədə məlumat verib. O, həmçinin Nizaminin “Xəmsə”si ilə Dante Aligyerinin “İlahi komediya”sı arasında aparılan paralellər və kəsişən məqamları nümunələrlə izah edib.

Tədbir məruzə ətrafında müzakirələrlə davam etdirilib. Sonda iştirakçılar Nizami Gəncəvinin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.






Baxış sayı - 338 | Yüklənmə tarixi: 30.11.2025 19:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031