manera.az
manera.az

Nizami Gəncəvi haqqında monoqrafiya çapdan çıxıb

Nizami Gəncəvi haqqında monoqrafiya çapdan çıxıb
Filologiya üzrə fəlsəfə doktoru, dosent Əsmətxanım Məmmədovanın “Nizami Gəncəvi yaradıcılığı üzrə filoloji tədqiqlər” monoqrafiyası işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Rafael Hüseynov, rəyçiləri – akademik Nizami Cəfərov, professor Mehdi Kazımov, filologiya üzrə fəlsəfə doktorları Şəhla Məcidova və Bilqeyis Quliyevadır.

Kitabda Yaxın və Orta Şərq təfəkkürü tarixində yeni epoxanın əsasını qoymuş dahi Azərbaycan şairi Nizami Gəncəvinin etik-estetik, poetik-fəlsəfi görüşlərinin məcmusu olan “Xəmsə” məsnəviləri nəzəri-filoloji aspektdə tədqiqata cəlb edilib. Şairin bədii irsinin ideya-tematik və poetik xüsusiyyətlərinin öyrənilməsi ilə müqayisədə adətən arxa planda qalan nəzəri-dilçilik məsələləri də tədqiq olunub.

Monoqrafiyanın “Ədəbiyyatşünaslıq” bölməsində şairin bədii irsində atalar sözləri, hikmətli ifadələrin işlənmə dairəsi, gül adlarının poetik xüsusiyyətləri, sağlamlığa, tibbə dair tövsiyələr və qadağalar, Nizami tədqiqatçıları kimi geniş əhatə dairəsinə malik mövzular elmi təhlilə cəlb olunub.

Yeni nəşr şərqşünaslar, filoloqlar, eləcə də klassik Şərq ədəbiyyatı ilə maraqlanan mütəxəssislər üçün nəzərdə tutulub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031