manera.az
manera.az

Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək

📅 01.12.2025 16:53

Bakıda Beynəlxalq Film Festivalı keçiriləcək
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Film Festivalının 16-cı buraxılışı bu il Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək.

MANERA.AZ xəbər verir ki, festivalın açılış mərasimi dekabrın 5-də Nizami Kino Mərkəzində olacaq.

Bu il festival çərçivəsində ümumilikdə 34 ölkəni təmsil edən 78 film beş gün ərzində Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Qeyd edək ki, festival filmlərinə giriş sərbəstdir.

Ötən ildən tammetrajlı filmlərin müsabiqəsini elan edən Festivalda dörd müsabiqə proqramı yer alır. Hər müsabiqənin filmləri ayrı-ayrı münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Festivalın yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır. Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşılar müəyyənləşdiriləcək.

Festivalın bağlanış və mükafatlandırma mərasimi dekabrın 9-da olacaq.


Baxış sayı - 237 | Yüklənmə tarixi: 01.12.2025 16:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031