manera.az
manera.az

Beynəlxalq Festivala film qəbulu elan olundu

Beynəlxalq Festivala film qəbulu elan olundu
11-15 noyabr tarixlərində Bakıda 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Festival yerli və əcnəbi rejissorlar üçün film qəbulunu açıq elan edir.

MANER.AZ xəbər verir ki, müəlliflər 30 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.

Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini sentyabrın 10-na kimi göndərməlidirlər.

Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur.

Müəlliflər filmlərini festivalın saytı vasitəsilə sentyabrın 20-ə kimi göndərə bilər. Filmlər 2020-2022-ci illərdə istehsal olunmalıdır.

Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.

Festivalın onlayn keçiriləcək “Cinemobil” müsabiqəsinə mobil telefon, planşet vasitəsilə çəkilən, müddəti 5 dəqiqədən artıq olmayan bədii, sənədli filmlər qəbul olunur.

Festivala göndərilən filmləri peşəkar mütəxəssislərdən ibarət Seçim Komissiyası dəyərləndirəcək.

Festivalda “Qızıl Nar” uğrunda yarışacaq filmlərin siyahısı 20 oktyabr 2022-ci ildə www.filmfestival.az saytında yerləşdiriləcək.

Hər il festivalın münsiflər heyətində Kann, Berlin film festivallarında ən yüksək mükafatlara layiq görülən kinematoqrafçılar təmsil olunur. Bu il də festival ənənəsinə sadiq qalaraq peşəkar mütəxəssisləri bir araya gətirəcək. 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının münsiflər heyəti noyabr ayında ictimaiyyətə təqdim olunacaq.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 13 ildir ki, əzmlə yoluna davam edir. Hər il auditoriyasını genişləndirməyi hədəfləyən festival gənc kinematoqrafçıları bir araya gətirən ən böyük yerli kino hadisəsidir.

Məqsəd ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan QISA FİLMLƏRƏ marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.

Hörmətlə,
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Təşkilat Komitəsi
(+994 55) 221-20-41
www.filmfestival.az
office@filmfestival.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31