manera.az
manera.az

Yazıçı Vahid Məmmədlinin yeni romanı nəşr edilib

📅 22.11.2025 20:43

Yazıçı Vahid Məmmədlinin yeni romanı nəşr edilib
Yazıçı Vahid Məmmədlinin “Məsumluq meşəsi” adlı yeni romanı nəşr edilib.

MANERA.AZ xəbər verir ki, əsər klassik “Leyli və Məcnun” əhvalatının yenidən işlənmiş variantıdır və tamamilə fərqli süjet xətti ilə oxucuya təqdim olunur.

Müəllif klassik motivləri yenidən düşünərək əhvalata ictimai məzmun gətirib, onu vətənpərvərlik və milli özünüdərk kontekstinə yönəldib. Romanın əsas qəhrəmanı Məcnun tamam yeni obrazda - qədim azərbaycanlı surəti kimi təqdim edilib.

Əsərin diqqətçəkən elementlərindən biri “Meşə Dərvişləri” adlı əlavə xətdir. Romanın coğrafi təsvirləri isə Qarabağ təbiətini xatırladan elementlərlə zəngindir.

Qeyd edək ki, romanda "Leyli və Məcnun" əhvalatına alternativ bir final təqdim edir.


Baxış sayı - 429 | Yüklənmə tarixi: 22.11.2025 20:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930