BSU-da kadr islahatları... _MANERA
![]()
MANERA.AZ xəbər verir ki, Bakı Slavyan Universitetinin strateji inkişaf planına uyğun olaraq mövcud strukturların optimallaşdırılması, kadr potensialından daha səmərəli istifadə məqsədilə islahatlar aparılır.
Belə ki, hazırda universitetdə 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib.
Ləğv edilmiş strukturların bir sıra funksiyaları digər uyğun qurumlarda cəmlənmiş, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək yenidən formalaşdırılıb.
Həmin fakültələrin bazasında “Filologiya və jurnalistika” və “Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb.
Bütün bunlar fənlərarası və ixtisaslararası əlaqələrin dərinləşdirilməsinə, təhsilin Bolonya prosesinə daha sıx uyğunlaşdırılması üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu gün Universitet üzrə yaradılmış islahat-attestasiya komissiyası mərhələli şəkildə digər strukturların da optimallaşdırılması istiqamətində fəaliyyətini davam edir.