manera.az
manera.az

Göy Atlı əfsanəsi - Hüseyn Bağıroğlu yazır..

Göy Atlı əfsanəsi - Hüseyn Bağıroğlu yazır..
I hissə

1918-ci ilin iyul ayının 3-dən 4-nə keçən gecə ilan vuran yatsa da Kərbəlayı

Muxtarın, Hacı Mehdinin və kəndin digər ağsaqqallarının gözünə yuxu getmədi.

Baxışları ilə bir-birlərinə ümid versələr də gözlərinin dərinliklərində nigarançılıq

kölgələri də vardı. Amma bir məsələdə qəti qərara gəlmişdilər, nə qədər ki, canla-

rında can var idi Nehrəmin müqəddəs torpağına erməni ayağı dəyməyəcəkdir.

Nəinki hər məhəllə, hər ev, hətta, hər qarış torpaq uğrunda vuruşacaqdılar. Yaşad-

ıqları evləri belə alınmaz qala halına gətirmişdilər. Andranikin və ona qoşulan daş-

nakların, culaların, qaxtağanların hikkəsi nehrəmlilərin sarsılmaz iradəsinə dəyib

çilik-çilik olmalıydı. Yaycı kəndində qan içməkdən qudurmuş itə dönən ermənilə-

rin qulağını kəsib köpünü almaq lazım idi. Bu gün türkün mənliyi at kimi şahə

qalxmalıydı. Bu gün iman küfrün dərisinə saman təpməliydi. Bu gün zalımın anası

ağlar qalmalıydı. Əks təqdirdə yaşamağa səbəb olan hər şey öz mənasını itirəcək-

dir.

Qadınların və uşaqların bir hissəsi Araz çayının o biri tayına köçürülmüşdü, bir

hissəsi isə kəndin mərkəzindəki bir neçə evə yerləşdirilmişdi. Evlərin qapısına neft-

lə dolu qablar qoyulmuşdur. Bəd ayaqda əsir düşməmək üçün neft töküb arvad-

uşağı yandıracaqdılar. Kənd böyüklü-kiçikli, qadınlı-kişili çox ağır bir sınaqdan

keçirdi. Düşmənin havadarı çox, amma insafı, mürvəti, ləyaqəti yox idi. Ana bət-

nindəki körpələrə əl qaldıran bir millətin ləyaqəti olmaz!

Dan yeri günəşin şəfəqlərindən, Kərbəlayı Muxtarın, Hacı Mehdinin və digər

ağsaqqalların gözü qəzəbdən qızarırdı.1918-ci ilin iyul ayının 4-dü səhəri belə

açılırdı.

x x x

Səhərin gözü açılmamış, Naxçıvan torpağına ayaq basan bir gündən, qulağı

qurdlu itlər kimi Culfanın kəndlərini sülənən Andranikin qoşunu daşnak yuvası

olan Güznüt kəndindən Nehrəmə tərəf hərəkət etməyə başladı. Qocaların gözləri-

ni oyan, qarıların belinə qaynar somavar bağlayan, ana bətnindəki körpələri süngü-

lərlə tikə-parça etməkdən həzz alan, səbəbsiz-filansız türk qanına yerikləyən ermə-

ni əsgərləri hərbi paraddan keçirmiş kimi əllərində silah, saxta bir əda ilə yeriyirdi-

lər. Kənardan baxan olsa elə bilərdi ki, bu harın və yekəxana gədələr bu yerişlə

gedib o qədim kəndi palçıq kimi ayaqlayıb keçib gedəcəklər. Amma Haçadağın

zirvəsindən boylanmaq istəyən günəşin şüalarına Haçadağ bambaşqa sözlər pıçıl-

dayırdı.

x x x

Andranik qoşunu ilə birlikdə xam xəyallar qura-qura Nehrəmə tərəf getmək-

də olsun, mən tələm-tələsik olsa da, sizə bir az Təzəkənd ermənilərindən danışım.

Bəzən deyirlər ki,Təzəkənd erməniləri Andranikin hücumu haqqında nehrəmlilərə

xəbər veriblər. Bu əsla belə olmayıb, Andranikin Nehrəmə hücumunun vaxtını kən-

din ağsaqqalları dəqiq bilirdilər. Çünki ermənilər qudurmuş itə dönən bir gündən,

yəni 1917-ci ilin dekabr ayının 21-dən bu kəndin adamları hadisələrin tam mərkə-

zində olublar.Təzəkənd erməniləri bu məsələdə nehrəmlilərlə əlbir, dilbir olmayıb.

Nehrəmlilərə xəbər başqa mənbədən gəlirdi. Necə deyərlər Andranikin nehrəmli-

lərdən xəbəri olmasa da, nehrəmlilərin Andranikdən xəbəri var idi. Andranikin

gecələr gördüyü yuxuları Andranik yuxudan oyanana qədər kəndin ağsaqqalları

artıq yozub qurtarırdılar. Sözlərimin fantaziya olduğunu düşünə bilərsiniz, amma

inansanızda, inanmasanız da bunlar həqiqətdir. Dediklərimin təstiqi olsun deyə

sizə bir faktı açıqlayım. 1918-ci ilin iyun ayının14-də Andranikin uğursuz qədəmi

Culfa torpağına dəyən kimi nehrəmlilər Naxçıvana -Milli komitəyə ətraflı məlumat

göndərir: ”Xidməti-alilərinzə məlum edirəm ki, Andranikin dəstəsi İrandan övdət

etdikdə Araz körpüsünü atıb Yaycı kəndinə keçmiş. Həmin kəndin əhalisini qətlü-

qarətə dükar qıldıqda, kəndi tari-mar etdi. Cəmaləddin (Camaldın) və Ərəzin köv-

şəni də erməni qüvvəsi ilə dolubdur. Lazımi binagüzarlıq etməkdən ötrü xəbər veri-

rəm. Müxlisiniz Tağı Nağdəliyev”.

Baş verən hadisələrin fonunda adama elə gəlir ki, Tağı Nağdalıyev sanki bir

kəşfiyyat sisteminin rəhbəridir. Onlar baş verən hadisələri və Andraniki izləyib

Milli komitəni məlumatlandırırlar. İyul ayının 14-də T. Nağdalıyevin həmin gün

göndərdiyi ikinci məktubda bunu açıq-aşikar görmək olur. Nağdalıyev ikinci mək-

tubunda yazır: “Xidməti-alilərinizə məlum edirəm ki, Yayçıdan Nehramçılar qaçıb

gəliblər və şəhadət ediblər ki, Osmanlı qoşununun qabağını almaq münasibətiylə

İranda ermənilər Araz körpüsünü atdılar. Sonra Yayçı kəndinə hücum edib yarım

saatın ərzində həmin kəndi tar-mar etdilər. Lazımi binagüzarlıqdan ötrü xəbər veri-

rəm Tağı Nağdəliyev”.

Tağı Nağdalıyev nehrəmli olduğu üçün onun Milli komitəyə göndərdiyi məlu-

matların bir surəti də Kərbəlayı Muxtara çatırdı. Bu səbəbdən də Təzəkənd erməni-

lərinə heç bir ehtiyac yox idi. Ehtiyac olsaydı fəlakət baş verərdi.

İyun ayının 10-da Milli komitəyə daxil olan iki məlumata diqqət yetirək:”Ax-

şam saat 10 radələrində Nehrəmlə Təzəkənd köylərinin ətraflarında 15 dəqiqədən

ziyadə atışma oldu. Atışmanın kimlər tərəfindən törədilməsi məlum olmadı”.

Əvvəlinci mahal komissarı Mirzə Mahmud xan Əsgərov tərəfindən verilən ikin-

ci məlumat isə bir xəbərdarlıqdır. Məlumatda deyilir:”Təzəkənd erməniləri Neh-

rəm əhalisinə ucuz qiymətə un satmaq istəyir. Həmin undan bişirilən çörəklər mü-

səlman camaatını ishal naxoşluğuna salıb tələf edəcək”.

Bu hadisələr Andranikin Naxçıvan mahalına hücumu ərəfəsində baş verir. Bun-

lar sözsüz ki, bir təsadüf deyil. Güznüt ermənilərindən fərqli olaraq Təzəkənd er-

məniləri bir az pərdəli iş görür.

x x x

Erməni qoşunu eyni əda ilə irəliləyirdi. Bəzən kolların dibindən bir bildirçin

“pırr” eləyib üçürdu, bəzən də bir dovşan dovşan ürəkli erməni əsgərlərini qor-

xudaraq tullana-tullana qaçıb gözdən itirdi. Ordubad və Culfanın kəndlərində say-

sız-hesabsız qətillər törədən bu adamabənzər məxluqlar elə bil ki, qan tökmədən

rahatlıq tapa bilmirdilər.

Erməni qoşunu Qaxır təpələrinə çatanda Nehrəm dağlarında bir neçə boz cana-

var üzünü göylərə tutb elə qəzəbli-qəzəbli uladı ki, Andranik özündən asılı olma-

yaraq vahimələndi və bütün bədənini soyuq tər basdı. Canavarların sürü halında

ulaması bu yerlərin öz sahibi var, kimsə buralara gələ bilməz demək idi. Andranik

bunu bildiyi üçün canavarların ulamasının pis bir əlamət olduğunu anladı. Ürəyinə

damdı ki, bu gün uğursuz bir gün olacaq. Özünü bədbin fikirdən xilas etmək üçün

qoşuna dayanmaq əmri verdi və özü də faytonunda yerini rahatlayıb fikirə getdi.

x x x

Andranik zəhərli ağlını başına yığıb özünə gələnə kimi, sizə bir məlumat da

verim. Nehrəmlilər təkcə hadisələri və Andronikin yürüşünü izləyib Milli komi-

təni məlumatlandırmaqla kifayətlənmirdilər. Ordubadın ucqar kəndlərindən ta Nax-

çıvan şəhərinə qədər bir çox döyüşlərdə iştirak edir, qəhrəmancasına vuruşurdular.

Aydın təsəvvür yaransın deyə 1918-ci ilin mart ayının 8-də bir nehrəmlinin Naxçı-

van şəhərində necə döyüşdüyü haqda olan məlumatı diqqətinizə çatdırım: “Sübh-

dən başlamış atışma saat 12-də daha da şiddətləndi və saat1-də müsəlmanlar ermə-

ni tərəfinə hücum edib düşməni dalı əyləndirdilər. Müsəlmanları tərənnümə və hə-

yəcana gətirən fəqət Nehram əhli Hacı Molla İsmayıl Axundzadə cənabları oldu.

Mumil-ileyh bir əlində tapança digər əlində Quran tutub qabaqda yüyürüb cihad

edərək müsəlmanlara yetişdi və müsəlmanları həyəcana gətirdi. İşbu hücumda

Xalatovun binası işğal edilib burada xeyli patron və silah qənimət olaraq ələ gəldi”.

Naxçıvan şəhərində ermənilərə qarşı belə cihad edən nehrəmli gör indi Neh-

rəmdə ermənilərə qarşı necə cihad edər. Hacı Molla İsmayıl Axundzadənin tim-

salında bu kəndin adamlarının Andranikin qoşunu ilə necə döyüşəcəyini təsəvvür

edə bilərsiniz.

x x x

Andranik özünə gələn kimi əlinin işarəsi ilə qoşuna “irəli” əmri verdi. Qoşun

özündən razı halda hərəkətə başladı.

Kərbəlayı Muxtar Müslüm, Müseyib və Sadıqla birlikdə Hacəlinin evinin

damından erməni qoşununun hərəkətini izləyirdi. Qoşun kəndə yaxınlaşanda

Kərbəlayı Muxtar üzünü Müslümə tutub:” Bunların yerişi mənim heç xoşuma

gəlmədi”,- dedi. Bu adamlar bir-birini bir sözdən, bir işarədən anlayırdı. Müs-

lüm Müseyiblə Sadığa:”Adama birini gəbərtsək qalanları tazıya dönəcək”,- dedi

və üçü də bir anda gözdən itib kəndin müxtəlif yerlərində mövqe tutdular. Müslüm

atəş açan kimi Müseyiblə Sadıq da tüfəngin tətiyini sıxdılar. Qəfil açılan atəşdən

üç erməni əsgəri yerə sərildi, qoşun isə pərən-pərən düşdü. O təkkəbürlü qoşundan

əsər-əlamət qalmadı. Pərən-pərən düşən ermənilər kolun-kosun, daşın-kəssəyin

arxasında gizlənə-gizlənə və Nehrəm arxının içi ilə mısa-mısa irəliləməyə başla-

dılar. Kənddən atılan bu üç güllə səsindən sonra yenə tam sakitlik köçdü. Nə bir

kimsə gözə dəyir, nə də səs-səmir gəlirdi. Heç bir kənd Andraniki belə ölü bir

sükutla qarşılamamışdı. Nə uşaqlar ağlaşır, nə qadınlar fəryad edirdi. Nə bir it səsi,

nə bir pişiy səsi gəlirdi. O güllələr atılmasaydı deyərdin bəs bu kənddə nə bir inni,

nə bi cinni var. Sükutun səssizliyi adamın canına vəlvələ salırdı.

Andranik dönüb adyutantına pıçıldadı:”mənim bu kənddən gözüm heç su iç-

mədi. Belə sakitlik ancaq məzarlıqda olur”. Adyutantı Andronikin tərəddüdündən

heyrətlənsə də bir söz demədi.

Bu ölü sükut elə bil Anrdaniki ölümlə hədələyirdi. Hirsindən-hikkəsindən dişi

bağırsağını kəsirdi. O elə bilirdi Kərbəlayı Muxtar qəzəbinə yenilib atını qoşunun

qabağına sürəcək, çöllükdə böyük bir ordu ilə vuruşacaq. Andranik anlamırdı ki,

hər zamanın öz hökmü, hər məkanın öz döyüş qaydaları var. Öz fərziyəsinin tələsi-

nə düşən Andranikin dişi bağırsağını kəsirdi. Xəyalında Kərbəlayı Muxtarı hədələ-

yirdi:” Sizi də yaycılılar kimi tikə-tikə doğrayıb Araz çayına tökməsəm mənə də

Andranik deməsinlər”.

Toplar və pulemyotlar Qaşar təpələrinə yerləşdiriləndən və qoşun Nehrəmi hər

tərəfdən müasirəyə alandan sonra Andranik hücum əmri verdi. Toplar, pulemyot-

lar, tüfənglər bir anda ölüm saçmağa başladı. Elə bil qiyamət qopdu. Nehrəm oda-

alova büründü.

( Ardı var)


Baxış sayı - 274 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930