manera.az
manera.az

“Beynəlxalq Beypazarı festivalı”nda Azərbaycan da təmsil edilib - Ankara

📅 30.09.2025 08:59

“Beynəlxalq Beypazarı festivalı”nda Azərbaycan da təmsil edilib -  Ankara

26–28 sentyabr tarixlərində Türkiyənin Ankara şəhərinin tarixi Beypazarı rayonunda 28-ci Beynəlxalq Beypazarı Festivalı keçirilib. Festival zəngin proqramı və böyük iştirakçı kütləsi ilə diqqət çəkib.

Manera.az xəbər verir ki, Beypazarı Bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan festival həm Türkiyədən, həm də xarici ölkələrdən gələn qonaqları bir araya gətirərək mədəniyyət, sənət və dostluq körpüsü qurub.

Festivalda Azərbaycan da fəal iştirak edib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” Azərbaycan xalq rəqsləri qrupu çıxışı maraqla qarşılanıb. Festivalda Azərbaycanın mədəniyyət nümünəsi olan milli rəqslər tamaşaçıların rəğbətini qazanıb.

Sözügedən iştirak həm Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin, həm də mədəni əməkdaşlığın parlaq nümunəsi olub.

Qeyd edək ki, Beypazarı Festivalı bölgənin qədim tarixini, milli dəyərlərini və zəngin sənət irsini dünyaya tanıtmaq məqsədi daşıyıb.

Ziyarətçilər burada qədim memarlığı, türk-Osmanlı dövrünün ruhunu yaşadan küçələri, yerli mətbəxin unikal ləzzətlərini, el sənətkarlarının əsərlərini və xalq rəqslərini görmək imkanı əldə ediblər. Festival çərçivəsində müxtəlif konsertlər, rəqs və moda nümayişləri, sənət sərgiləri, xalq oyunları və interaktiv ustad dərsləri təşkil olunub.






Məhəmməd,
Ankara / Manera.az


Baxış sayı - 199 | Yüklənmə tarixi: 30.09.2025 08:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031