manera.az
manera.az

Azərbaycan Ankaradakı beynəlxalq festivalda geniş təmsil olundu - Foto

📅 14.04.2025 18:32

Azərbaycan Ankaradakı beynəlxalq festivalda geniş təmsil olundu - Foto
Ankaradakı Amerikan məktəbində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan geniş təmsil olunub.

MANERA.AZ xəbər verir ki, Ankaradakı müxtəlif xalqların nümayəndələrinin təhsil aldığı Amerikan məktəbində (Ankara Elementary and High school) Beynəlxalq Mədəniyyət Festivalı keçirilib.

Beynəlxalq Mədəniyyət Festivalda ölkəmizi Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Beynəlxalq Mədəniyyət Festivalında Türkiyə, ABŞ, Ukrayna, Qazaxıstan, Özbəskitan, Ruminiya, Gürcüstan, Moldova, Qırğızıstan, Koreya, Tacikistan, Kanada, Hindistan və s. ölkələr öz milli mədəniyyətlərini və mətbəxlərinə dair stendlər təqdim ediblər.

Festival çərşivəsində Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan stendini qurub.

Stenddə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair nəşrlər, milli mədəniyyətimizə dair suvenirlər, xalça və kilimlər nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim edilib.

Festival iştirakçıları Azərbaycan mətbəxinin təamları - şah plov, dolma, ləvəngi, habelə milli şirniyyatlarımız olan şəkərbura, paxlavaya qonaq ediliblər.

Digər ölkələrin stendlərində də milli mədəniyyətə dair suvenirlər, habelə yemək və şirniyyatlar təqdim edilib.

Tədbirdə Ankarada Amerikan məktəbində təhsil alan və festivalda təmsil olunan müxtəlif ölkələrin şagirdlərinin bayraqlarla keçidi olub, milli geyimlərdə azərbaycanlı şagirdlər də iştirakçılar qarşısında bayrağımızla keçid ediblər.

Sonda Festivalın iştirakçı dövlətlərinin hazırladığı konsert proqramları təqdim edilib. Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Ansamblı milli rəqslərimizi ifa edib, xalq rəqslərimizin ifası alqışlarla qarşılanıb.

Digər ölkələrin rəqs kollektivləri Festivalda çıxış ediblər.
Qeyd edək ki, Ankara Beynəlxalq Amerikan məktəbində Mədəniyyət Festivalının əsas məqsədi şagirdlərin müxtəlif xalqların mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış etməkdir.









Baxış sayı - 249 | Yüklənmə tarixi: 14.04.2025 18:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031