manera.az
manera.az

Ankarada “Zəngəzur” rəqs ansamblının üzvləri mükafatlandırıldı

📅 30.01.2025 08:57

Ankarada “Zəngəzur” rəqs ansamblının üzvləri mükafatlandırıldı

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblının üzvləri mükafatlandılıb.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı və Dərnəyi milli rəqslərimizin təbliği məqsədi ilə Türkiyədə mühüm layihələr həyata keçirir.

Manera.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Zəngəzur” Rəqs Ansamblı və Dərnəyinin üzvləri ilə görüşüb.

Görüşdə çıxış edən Samir Abbasov Azərbaycan incəsənəti, rəqs sənətinin təbliği məqsədi ilə Mərkəzin nəzdində təşkil edilmiş Rəqs Ansamblının ötən müddət ərzində Türkiyənin paytaxtı və bölgələrində keçirilən beynəlxalq mədəniyyət festivalları, habelə “Azərbaycan incəsənəti günü” tədbirlərində yüksək səviyyədə çıxış etdiklərini söyləyərək, bu təqdimatların yerli tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılandığını qeyd edib.

Daha sonra “Zəngəzur” Rəqs Ansamblının bədii rəhbəri və üzvlərinə Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri Fərmanlarını təqdim edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblının bədii rəhbəri, solist Gülçöhrə Sanqu çıxışında zəngin Azərbaycan mədəniyyətini, rəqs sənətini qardaş Türkiyədə təbliğindən fəxr hissi keçirdiklərini qeyd edərək, Türkiyədə milli rəqslərimizə marağın günü gündən artdığını və “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı - Dərnəyin sıralarının genişləndiyini qeyd edib. O, yaradılan şərait və dəyərə görə Azərbaycan dövlətinə təşəkkür edib, gələcəkdə də milli rəqslərimizi geniş təbliğ edəcəklərini bildirib.

Ankarada “Zəngəzur” rəqs ansamblının üzvləri mükafatlandırıldı

Qeyd edək ki, Ankarada Kızılay bölgəsində Çalışma salonunda fəaliyyət göstərən “Zəngəzur” Rəqs Ansamblı və Dərnəyi milli rəqslərimizin təbliği məqsədi ilə mühüm layihələr həyata keçirir.

Elə bu ilin əvvəlində Ankarada, Gənclik Parkı-Mədəniyyət Sarayında keçirilən Azərbaycan Mədəniyyət Mərkəzinin Rəqs Ansamblının il sonu hesabat konsertində ansamblın adı dəyişdirilərək “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblı adlandırılıb.

Dərnək həftədə üç dəfə məşğələlər keçirir, yerli azərbaycanlılarla yanaşı, Türkiyə vətəndaşları da dərnəkdə iştirak edərək Azərbaycan Milli Rəqs sənətinin sirlərini öyrənirlər. Dərnəyin fəal üzvləri isə “Zəngəzur” Rəqs Ansamblının əsas heyətini təşkil edirlər.
Ankarada “Zəngəzur” rəqs ansamblının üzvləri mükafatlandırıldı


Baxış sayı - 675 | Yüklənmə tarixi: 30.01.2025 08:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031