manera.az
manera.az

Beynəlxalq rəqs festivalı başa çatıb

📅 18.07.2018 16:40

Beynəlxalq rəqs festivalı başa çatıb
“Dostluq körpüsü” II Beynəlxalq Folklor-Rəqs Festivalına Mərdəkan Mədəniyyət Sarayında qala-konsertlə yekun vurulub. Festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə reallaşdırılıb.

MANERA.AZ xəbər verir ki, festivala Azərbaycan ilə yanaşı, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.

Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.

Mərdəkan Mədəniyyət Sarayında qala-konsert zamanı Şimali Osetiya və Vladiqafqazı təmsil edən “Sarmat”, Rusiyanı təmsil edən “Slavyanski lik”, Çeçenistanı təmsil edən “Zamankho”, Azərbaycanı təmsil edən “Azad” və “Lalələr” rəqs qrupları çıxış ediblər.

Tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Baxış sayı - 1 281 | Yüklənmə tarixi: 18.07.2018 16:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930