manera.az
manera.az

Eldar Baxışın yeni kitabı çap olundu - Foto

Eldar Baxışın yeni kitabı çap olundu - Foto
"Qanun" nəşriyyatında Eldar Baxışın “Zaman durna köçüdür” adlı şeirlər kitabı çap olunub.

MANERA.AZ xəbər verir ki, nəşrin tərtibçisi şair İlham Qəhrəmandır.

Kitabda Eldar Baxışın indiyə qədər çap olunan kitablarından, arxivindən və vaxtilə dövrü mətbuatda çap olunmuş şeirləri toplanıb.

8 bölmə və 472 səhifədən ibarət nəşrdə şairin taleyi, Vətən sevgisi, insanların saf məhəbbəti, müasirlərinin zəngin mənəvi dünyası, azadlıq ideallarının tərənnümü, eləcə də haqsızlığa qarşı barışmaz mövqeyi öz əksini tapır.

Tərtibçinin verdiyi məlumata görə, şairin bu kitabında onun 197 (silsilə ilə bir yerdə 230-dan çox) şeiri və 5 poeması yer alıb

Toplunun ön söz müəllifi mərhum ədəbiyyatşünas alim İradə Musayevadır.

Qeyd edək ki, “Zaman durna köçüdür” İlham Qəhrəmanın tərtib etdiyi beşinci kitabdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
2930