manera.az
manera.az

Eldar Baxışın 75 illyi qeyd olunacaq

Eldar Baxışın 75 illyi qeyd olunacaq
Sentyabrın 17-də görkəmli şair Eldar Baxışın anadan olmasının 75 illyi qeyd olunacaq.

MANERA.AZ xəbər verir ki, tədbirin 1-ci hissəsində şairin dostları, ailə üzvləri onun Xırdalandakı məzarını ziyarət edəcəklər.

Saat 15:00-da tədbirin əsas hissəsi başlayacaq. Şairin qələm yoldaşları, əsərlərinin pərəstişkarları olan oxucular və ailə üzvləri Eldar Baxışın yaradıcılığından danışacaq, xatirələrini bölüşəcəklər.

Tədbirin davamı kimi yazıçı Azad Qaradərəlinin yenicə çapdan çıxmış “Vətən şairi” kitabının təqdimatı və imza günü də baş tutacaq.

Qeyd edək ki, kitabda Azad Qaradərəlinin dostu haqqında zaman-zaman yazadığı esselər, xatirə yazıları, “Eldar Baxışa məktub”, habelə, ilk dəfə çap olunan geniş həcmli “Qarsiya Lorka və Eldar Baxış”, “Sabir Əhmədli və Eldar Baxış”, “Vətən şairi” məqalələri yer alıb.

Tədbir 17 sentyabr, saat 15-də Səməd Vurğunun ev muzeyində keçiriləcək.

Eldar Baxışın 75 illyi qeyd olunacaq


Baxış sayı - 366 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930