manera.az
manera.az

Bir şairi öldürdülər - Eldar Baxışın şeiri

Bir şairi öldürdülər - Eldar Baxışın şeiri
Manera.az Eldar Baxışın Məhəmməd Hadiyə həsr etdiyi şeiri təqdim edir:

1

Qərib nar əkər, nar əkər,
Narı nar olmaz, nar olmaz.
Qərib deyər: qərib qızdan
Mənə yar olmaz-yar olmaz.

Sünbülü qıçada qalar,
Buğdası puçada qalar,
Alması taxçada qalar,
qalar, saralmaz-saralmaz.

Kim qəribə arxa çıxar,
Qərib birdən yoxa çıxar,
Dərd əlindən dağa çıxar,
Dağda qar olmaz-qar olmaz.

2

Tək dedilər - təklədilər,
qanına yeriklədilər.
sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər,
günün günorta çağında
ağacı elə kəsdilər, -
kölgə bilmədi-bilmədi.

Xallandı gül - butasında.
nər qarnında - qartasında.
Bir şairi öldürdülər
bir ölkənin ortasında, -
ölkə bilmədi-bilmədi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031