manera.az
manera.az

Şəki Teatrı yeni mövsümü “Dar ağacı” tamaşası ilə açıb

📅 16.09.2025 20:30

Şəki Teatrı yeni mövsümü “Dar ağacı” tamaşası ilə açıb
Şəki Dövlət Dram Teatrı yeni mövsümün açılış günündə teatrsevərlərə Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı“ pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı təqdim edib. Tamaşa Xalq şairinin 100 illik yubileyinə həsr olunub.

Bu barədə MANERA.AZ-a teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.

Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə, yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev, vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi bəstəkar, Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin quruluşu isə Sahib Novruzova məxsusdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşid Mirizadə, Lalə Məmməd, Gülxar İmamhüseynova, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Elvin Mabudov, Nazilə İmamhüseynova, Azad Məmmədov, Arzuman Abdullayev, Cavidan Eminov ifa ediblər.

Tamaşadan sonra Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli çıxış edərək təbriklərini çatdırıb və kollektivə yeni mövsümdə yaradıcılıq uğurları arzulayıb.




Baxış sayı - 294 | Yüklənmə tarixi: 16.09.2025 20:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31